Azərbaycan millisi beynəlxalq turnirdə bürünc medalların sahibi olub

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Qazaxıstanda keçirilən “Airom Cup” beynəlxalq turnirində bürünc medalların sahibi olub.

Bu barədə Newsport.az-a Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Erhan Tokerin rəhbərlik etdiyi komanda yarışı 3 qələbə, bir məğlubiyyətlə başa vurub.

“Barsy Atırau”ya məğlub olan (54:72) yığma, “Auyl Sport” (60:33), “Keepers” (71:16) və “Kutaisi” (58:51) komandaları ilə matçlarda qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right