“All England Lawn Tennis and Croquet Club”ın ərazisində Endi Marreyin heykəli qoyulacaq. Bu barədə “The Scotsman” məlumat verib.
Nəşrin yazdığına görə, heykəlin hazırlanmasında “Böyük Dəbilqə” turnirlərinin üçqat qalibi, ikiqat olimpiya çempionu şəxsən iştirak edəcək. Təşkilatçılar layihənin 2027-ci ildə, “Uimbldon”un 150 illiyi üçün həyata keçirilməli olduğunu qeyd ediblər.
“Rolan Qarros”da Rafa Nadala qoyulan xatirə lövhəsinə baxdıq. Bu, çox təsirli idi. Düşündük ki, biz Endi üçün nə edə bilərik”, – deyə “The Scotsman”a açıqlamasında “All England Lawn Tennis and Croquet Club”ın rəhbəri Debbi Cevans bildirib.