Millimiz Berlində beynəlxalq toplanışa başladı

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Bu barədə Newsport.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right