DTX tərəfindən yaradılan klubdan mühüm yenilik!

2026-cı ildə "Difai" təşkilatının yaradılmasının 120 illiyi qeyd olunacaq.

Newsport.az "sportinfo.az"a istinadən xəbər verir ki, bunu nəzərə alan "Difai" FK rəhbərliyi mühüm qərar qəbul edib.

2025/26-cı il mövsümündə komandanın uğurlu çıxışını təmin etmək, klubun fəaliyyətinin təkmilləşdirilmək, yaranın maneələrin tez və operativ aradan qaldırılması məqsədilə İdarə Heyətinin yaradılması lazım bilinib.

İdarə Heyətinin əsas istiqamətləri artıq müəyyənləşdirilib. Bura marketinq strategiyasının işlənməsi, klubun nüfuzunun artırılması, beynəlxalq arenada «Difai» adının brend olaraq tanınması, sponsor və digər tərəfdaşların cəlb edilməsi daxildir.

"Difai"FK 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yaradılıb. «Fədailər» Region Liqasında uğurlu mübarizə aparandan sonra I Liqaya yüksəlib. Komanda ötən iki mövsümdə çempionatda yerini qorumağı bacarıb.

İdarə Heyətinin tərkibi yaxın günlərdə açıqlanacaq. Bununla bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right