Bakıdakı turnir UFC tarixində ən uzunmüddətli yarışlardan olub

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilmiş turniri UFC tarixinin ən uzunmüttətli yarışlarından biri olub.

Newsport.az-ın "MMA Junkie" nəşrinə istinadən məlumatına görə, turnir 2 saat 53 dəqiqə 52 saniyə davam edib.

12 döyüşün olduğu yarış UFC tarixində ən uzun 11-ci turnirdir. Bu, həm də 12 döyüşün yer aldığı yarışlar arasında ən uzun davam edəni olub. Qarşılaşmaların 10-da qalib hakimlərin qərarına görə müəyyən edilib.

Qeyd edək ki, gecənin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right