Azərbaycan cüdoçuları Avropa Kubokuna 5 medalla başladılar

Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

Newsport.az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə 3 gümüş və 2 bürünc olmaqla 5 medal yazdırıb.

Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Əbil Yusubov (-73 kq) gümüş medal qazanıblar. Nizami İmranov (-66 kq) ilə Mehdi Cəfərov (-73 kq) isə bürünc medala yiyələniblər. 

Turnirdə ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right