Azərbaycan yığması Farer adalarına qalib gəldi

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti matçını keçirib.

Newsport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:1 (17:25, 25:15, 25:22, 25:23)

Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right