Prezident üçün Boltu qəbul etmək şərəfi

Sprint yarışlarında səkkizqat olimpiya çempionu Useyn Bolt Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşüb.

Görüş Belqradda, Serbiyanın Hökumət Sarayında baş tutub. Buna səbəb Boltun Serbiyanın paytaxtında keçiriləcək “Expo 2027” beynəlxalq sərgisinin promouterlərindən biri olmasıdır.

“Useyn Boltu Serbiyada qəbul edə bildiyim üçün xoşbəxtliyimi ifadə etmək istəyirəm. O, 100 metr məsafəyə qaçışda dünya rekordçusudur və kiminsə nə vaxtsa nəticəni yeniləyəcəyinə əmin deyiləm. Bu adam hamıdan sürətlidir! 200 metr məsafədə 19,19 saniyəni keçmək də çətin olacaq.

Biz istəyirik ki, “Expo” dünyanın ən böyük tədbiri olsun. Hazırda dünyanın bütün qitələrindən 115 ölkənin iştirakını təsdiqləmişik. İnsanların Serbiyanın nə qədər irəlilədiyini görmələri üçün “Expo”nun əhəmiyyəti çox vacibdir”, – deyə Vuçiç bildirib.

“Dövlət başçısına və Serbiya xalqına məni “Expo”nun səfiri seçdiyinə görə təşəkkür etmək istəyirəm. Bu mənim üçün böyük şərəfdir”, – deyə Bolt qeyd edib.

38 yaşlı Useyn Bolt ardıcıl üç Olimpiadada (Pekin 2008, London 2012 və Rio-de-Janeyro 2016) 100 və 200 metr məsafələrə qaçış yarışlarında qalib gələn yeganə idmançıdır. Yamaykalı həm də 100 metr məsafəyə qaçışda – 9,58 saniyə, 200 metr məsafəyə qaçışda – 19,19 saniyə və Yamayka millisinin tərkibində 4×100 metr məsafəyə estafetdə 36,84 saniyə qaçışda dünya rekordlarına sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right