Qırğızıstandan olan MMA döyüşçüsü Mıktıbek Orolbai Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, o, mətbuat konfransında yarışa hazır olduğunu bildirib.
İdmançı azərbaycanlı rəqibi Tofiq Musayevlə qarşılaşmaya hazır olduğunu vurğulayıb:
"Bu dəfə də siz məndən sürpriz görəcəksiniz. Tofiq də yaxşı idmançıdır. İki aydır ki, bu görüşə hazırlaşıram".
O, sərt döyüşdən çəkinmədiyini sözlərinə əlavə edib:
"Hamımız bunu birlikdə görəcəyik".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.