ABŞ idmançısı Bakıdakı UFC turnirində yalnız qələbəyə ümid edir

ABŞ-dən olan MMA döyüşçüsü Kurtis Blaydes Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində yalnız qələbəyə ümid edir.

Newsport.az-ın məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.

İdmançı Bakını gəzdiyini söyləyib:

"Amma hələ ki, yarış məkanında olmamışam".

O, rəqibini dəyərləndirib:

"Yaxşı döyüş sərgiləmək istəyirəm. Rəqibim debütanddır. Amma mən buna fikir verməyəcəyəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Kurtis Blaydes rusiyalı Rizvan Kunievlə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right