Rafael Fiziyev: "Ölkəmdə çıxış edəcəyim üçün xoşbəxtəm"

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, təcrübəli idmançı bu barədə mətbuat konfransında açıqlama verib.

O, döyüşə hazır olduğunu bildirib:

"Evdə mübarizə aparacağım üçün xoşbəxtəm. Öz ölkəmdə çıxış edəcəyəm. Azarkeşlərin bizə dəstək olması böyük motivasiyadır. Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm. Biz güləşməyə və hər şeyə hazırıq".

O, çəkisini dəyişmək barədə düşünmədiyini söyləyib:

"Həkimlər də çəkini salmağı məsləhət görmədilər".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right