2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

2026-cı ildə təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar.

Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə "Formula 1" təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right