Azərbaycan basketbol hakimləri Avropa çempionatı matçlarını idarə edəcək.
Newsport.az xəbər verir ki, FIBA dərəcəli referilər Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina qitə birinciliyində fit sahibi olacaqlar.
Ələkbər Həsənov Serbiyada 18 yaşadək (A divizionu, 26 iyul-3 avqust), Gürcüstanda 16 yaşadək (A divizionu, 8-16 avqust) oğlan basketbolçulardan ibarət komandaların yarışında idarəçilik edəcək.
Ruslan Xalıqov Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust) və 16 yaşadək qızların (A divizionu, 15-23 avqust), həmçinin Albaniyada 16 yaşadək oğlanların (C divizionu, 5-13 iyul) yarışında iş başında olacaq.
Urfan Bayramlı Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust), Türkiyədə 20 yaşadək qızların (B divizionu, 20-29 avqust), Şimali Makedoniyada 16 yaşadək oğlanların (B divizionu, 7-16 avqust) yarışında fitini səsləndirəcək.
Anastasiya Slojenitsina isə Litva 18 yaşadək qızlar (B divizionu, 4-13 iyul) arasında baş tutacaq turnirdə idarəçilik edəcək.