"Leypziq"in hücumçusu Timo Verner Türkiyə Super Liqasında çıxış edə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Beşiktaş" almaniyalı forvardı heyətinə qatmaq istəyir. İstanbul təmsilçisinin baş məşqçisi Ule Qunnar Sulşer də transferə razılıq verib. "Beşiktaş" Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Timo Verner ötən mövsüm icarə əsasında "Tottenhem"də çıxış edib. Təcrübəli futbolçu London təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.