Azərbaycan birinciliyinə yekun vuruldu

14 yaşadək (U-14) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyinə yekun vurulub.

Newsport.az xəbər verir ki, bu gün AVF-nin İdman zalında həm qızların, həm də oğlanların mübarizəsində yarımfinal və final mərhələsinin oyunları keçirilib.

Qızların yarımfinal oyunlarında “Azərreyl-2” klubu “Mingəçevir-1” komandasına, “Tovuz RVK” isə “Azərreyl-5” klubuna qalib gələrək finala vəsiqə qazanıblar. Oğlanların mübarizəsində isə “Sumqayıt RVK” “Oğuz RVK”nı, “Daşkəsən” klubu isə “Naxçıvan”ı məğlub edərək finala yüksəliblər.

Sonra bürünc və qızıl medal uğrunda oyunlara start verilib. Qızların üçüncü yer uğrunda oyununda “Azərreyl-5“ 3:2 hesabı ilə “Mingəçevir-1“i, oğlanların mübarizəsində isə “Naxçıvan“ 3:0 hesabı ilə “Oğuz RVK“nı məğlub edərək yarışın bürünc medallarını qazanıblar.

Qızların finalında “Azərreyl-2” “Tovuz RVK”nı 3:0, oğlanların finalında isə “Daşkəsən” komandası “Sumqayıt RVK”nı 3:2 hesabları ilə məğlub edərək çempion olublar.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.

Beləliklə, qızların birinciliyinin çempionu olan “Azərreyl-2” klubuna qızıl medal və kubok, “Tovuz RVK”ya gümüş, “Azərreyl-5” komandasına isə bürünc medallar təqdim edilib.

Oğlanların yarışının qalibi olan “Daşkəsən” klubuna qızıl medal və kubok, “Sumqayıt RVK”ya gümüş, “Naxçıvan” komandasına isə bürünc medallar verilib.

Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, sabah (26 may) AVF-nin İdman zalında 18 yaşadək voleybolçuların Azərbaycan birinciliyində (qızlar və oğlanlar) üçüncülük və final qarşılaşamaları, ardınca isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right