Azərbaycanın parapauerliftinq millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunu 6 medalla başa vurub.
Newsport.az xəbər verir ki, bu barədə Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Medallardan üçünün əyarı qızıl, qalabı isə gümüş olub.
Rəsul Zəkiyev (88 kq) bütün rəqiblərini geridə qoyaraq, biri gənclər arasındakı yarışda olmaqla iki qızıl medal qazanıb. Pərvin Məmmədov (49 kq) da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Məmmədov gümüş medal da qazanıb.
Digər gümüş medalları Talib Zeynalov (+107 kq) və Zəhra Dadaşova (61 kq) əldə ediblər.