Azərbaycanın bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.
Newsport.az-ın məlumatına görə, Balabəy Ağayev (60 kq) həlledici görüşə vəsiqə qazanıb.
O, qızıl medal uğrunda qarşılaşmada yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gələcək.
Yarımfinalda məğlub olan Yaşar Nəcəfov (66 kq) isə üçüncü yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.