Uğur Sevər: “Azərbaycanda bizi çox yaxşı qarşıladılar”

“Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edən Türkiyə yığmasının baş məşqçisi Uğur Sevər açıqlama verib.

Newsport.az xəbər verir ki, o, Azərbaycanda çox yaxşı qarşılandığını bildirib:

“Bu, mənim ölkənizə ilk səfərimdir. Azərbaycanda bizi çox yaxşı qarşıladılar. Könüllülər yarış ərazisində öz köməkliklərini göstərərək, çətinlik yaşamağımıza imkan vermirlər. Hələ ki heç bir problem yaşamamışıq. Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik. Qarabağ bölgəsini də ziyarət etmək fürsətimiz oldu. Suqovuşan və Köndələnçay ərazilərində çox gözəl tədbirlər təşkil olundu. Xüsusilə də yarışın açılış mərasimində çox əyləndik. Turnirdə güclü rəqabət var. İdmançılar bir-birlərinə yaxın göstəricilərlə finiş xəttinə çatırlar. Bu yarış yığmamızın üzvləri üçün gözəl təcrübə olacaq”.

Qeyd edək ki, turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right