“Prezident Kuboku-2025”: növbəti yarışlar keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.

Newsport.az xəbər verir ki, reqatanın ikinci günündə idmançılar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Ötən gün Suqovuşanda start götürən yarışın ilk günündə Azərbaycanın üç avarçəkəni – Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, “Prezident Kuboku-2025” turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right