Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right