Pley-off mərhələsində daha iki görüş

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində bu gün daha iki görüş baş tutacaq.

Newsport.az xəbər verir ki, əvvəlcə “Şəki” evdə “Gəncə” ilə qarşılaşacaq.

Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da başlayacaq.

Tərəflər arasında ilk oyunda “Şəki” (85:84), ikinci matçda isə “Gəncə” (94:71) qələbə qazandığı üçün yarımfinala vəsiqənin sahibi üçüncü görüşdə müəyyənləşəcək.

Digər matçda “Abşeron” “Naxçıvan”la münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Komandalar arasında ilk oyunda “Naxçıvan” 88:83 hesablı qələbəyə sevinib.

Daha əvvəl “Sabah” və “Neftçi” yarımfinala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right