Üzgüçülükdə olimpiya çempionu Hafnaui dopinq testlərini buraxdığına görə diskvalifikasiya edilib. Bu barədə “Aquatics Integrity Unit” müstəqil intizam qurumu məlumat yayıb.
Diskvalifikasiya müddəti 21 ay – 2024-cü il aprelin 11-dən 2026-cı il yanvarın 10-dəkdir.
Tunisdən olan 22 yaşlı idmançı il ərzində yeri barədə məlumat vermək qaydalarını dəfələrlə (üç dəfə) pozmaqda ittiham olunur.
Hafnaui 2020 Tokio Olimpiadasında 400 m məsafəyə sərbəst üsulda çempion olub. O, həmçinin 2023-cü ildə 800 və 1500 metr məsafələrə üzmədə dünya çempionudur.