Azərbaycanlı voleybolçu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu Macarıstan çempionatının final seriyasına qələbə ilə start verib. Newsport.az xəbər verir ki, millimizin üzvünün komandası ilk görüşdə “Bekeşçaba”nı 3:0 hesabı ilə üstələyib.
Ayşən bu matçda 12 xal toplamağa müvəffəq olub.
Qeyd edək ki, "Vaşaş" cari mövsümdə Macarıstan Kubokunun qalibi adını qazanıb.