Avropa Cüdo İttifaqı (EJU) Rusiya yığmasını il Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək komandalararası Avropa çempionatına buraxmaq qərarına gəlib. Bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik məlumat verib.
“Əsas məqsədimiz beynəlxalq yarışlarda əvvəllər etdiyimiz kimi tam formatda çıxış etməkdir: bayraqla, himnlə, komanda şəklində. Biz bunu Beynəlxalq Cüdo Federasiyasının və digər milli federasiyaların dəstəyi sayəsində tədricən həyata keçiririk. Avropa çempionatında, eləcə də qarşıdan gələn dünya çempionatında iştirak etməyi planlaşdırırıq”, – deyə federasiya prezidenti qeyd edib.