“Toronto Blue Jays” və kanadalı beysbolçu Vladimir Gerrero Ramos Jr, 500 milyon dollarlıq yeni 14 illik müqavilə haqqında razılığa gəliblər.
Gerreronun sözləşməsi ümumi dəyərinə görə tarixdə üçüncü ən böyük müqavilədir. Bu mənada o, Xuan Sotonun 765 milyon dollar dəyərində “New York Mets” ilə bu mövsüm qüvvəyə minmiş 15 illik, Şohe Otaninin “Los Angeles Dodgers” ilə keçən il imzaladığı 700 milyon dollar olan 10 illik müqavilələrdən geri qalır.
Vladimir Gerreiro Ramos Jr. dörd dəfə Major League Baseball (MLB) “All-Star” oyununda iştirak edib. 2021-ci ildə o, həmin oyunun MVP-si mükafatını alıb və MLB tarixində bunu edən ən gənc oyunçu olub.