“Hər şey özümüzdən asılıdır” “Azəryol”un oyunçusu

“Növbəti matçlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.

Newsport.az xəbər verir ki, bunu “Azəryol” klubunun üzvü Emil Sərxanov Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan çempionatının final mərhələsində “Kür” komandasına qalib gəldikləri oyunu dəyərləndirib:

“İlk oyunda bu komandaya uduzmuş, ikinci qarşılaşmada isə heç-heçə etmişdik. Bu dəfə məqsədimizə çata bildik. Ümid edirəm ki, növbəti oyunlarda da qələbə qazanarıq. Hər şey özümüzdən asılıdır. Növbəti matçlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.

“Azəryol” 36:33 hesabı ilə “Kür”ə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right