“Florida Panters” komandasının müdafiəçisi, 2014-cü ildə draftın 1 nömrəsi Aaron Ekblad fiziki formanı artıran qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 20 oyunluq diskvalifikasiya edilib.
Kanadalı həm müntəzəm çempionatın qalan oyunlarını, həm də pley-offun ilk mərhələsindəki iki oyunu buraxacaq. Bundan əlavə, Ekblad cəzası zamanı maaş almayacaq.
Milli Hokkey Liqası üçün bu cür diskvalifikasiya çox nadir hallarda baş verən hadisədir. Neyt Şmidt 2018-2019-cu il mövsümündə 20 oyunluq cəza alan sonuncu hokkeyçi olub. 2016-cı ildə “Anahaym”in hücumçusu Şon Horkoff da 20 oyunluq cəza almışdı. Belə bir cəza alan ilk şəxs isə 2007-ci ildə Şon Hill olmuşdu.