Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazandı

Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda keçirilən 20 yaşlı şahmatçılar arasında dünya çempionatında çıxışını başa vurub.

Newsport.az xəbər verir ki, şahmatçımız sonuncu – XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb.

Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right