Azərbaycan boksçuları Bolqarıstandakı beynəlxalq turniri 2 gümüş və 2 bürünc medalla başa vurublar

Azərbaycanın millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirini 2 gümüş və 2 bürünc medalla başa vurub.

Newsport.az xəbər verir ki, yığmanın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar.

Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.

Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right