Turan finalda uduzdu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

Turnirdə Azərbaycanı üç nəfər təmsil edib. 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov əvvəlcə çinli Yuntao Vanqa, sonra tacik Mehrjod Sufievə, yarımfinalda isə yerli idmançı Bahrom Boturova qalib gəlib. Finalda Turan Ayub Bliyevlə qarşılaşıb . Təəssüf ki, cüdoçumuz əks-fəndə düşərək rəqibinə ipponla məğlub olub.

Balabəy Ağayev 1/8 finalda Anvardjon İbroximova (Özbəkistan) uduzub. 66 kq çəkidə Yaşar Nəcəfov 1/8 finalda Rusiyadan olan Ramazan Abdullayevlə bacarmayıb.

Turnirdə ümumilikdə 23 ölkədən 242 cüdoçu iştirak edir. Yarış üç gün davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right