“Milli Aviasiya Akademiyası” klubunun hücumçusu Kseniya Pavlenko Yüksək Liqanın 13-cü turunda “Abşeron”la matçdan sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Newsport.az xəbər verir ki, voleybolçu pley-offa lider kimi çıxmağa çalışacaqlarını deyib:
“Bu oyun bizim üçün çox vacib idi. “Abşeron”u 3:0 hesabı ilə məğlub etdik. Komandamızı, məşqçilər heyətini bu qələbə münasibətilə təbrik edirəm. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Qarşıdakı oyunlar da mühüm oyunlardır. Bu qarşılaşmalara da yaxşı hazırlaşacağıq ki, pley-offa lider kimi çıxaq. Komandama uğurlar arzulayıram”.
“Milli Aviasiya Akademiyası” hazırda 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.