Azərbaycan parataekvondoçuları Türkiyədəki turnirdə iştirak edəcəklər

Azərbaycan parataekvondoçuları fevralın 8-də keçiriləcək Türkiyə açıq beynəlxalq turnirində mübarizə aparacaqlar.

Bu barədə Newsport.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) dayanq üzərinə çıxacaqlar.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, Azərbaycan millisini yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right