Berlindəki “Masters”in qalibi məlum oldu

Dünya reytinqində ikinci yeri tutan ingiltərəli snukerçi Kayren Vilson Almaniyanın paytaxtı Berlində keçirilən “Masters” yarışının qalibi olub. Turnirin final görüşündə o, dünya reytinqinin 12 nömrəsi Barri Hokinsi 10:9 hesabı ilə məğlub edib.

Turnirin ümumi mükafat fondu 550,400 funt sterlinq olub. Müsabiqənin qalibi 100,000, finalçı isə 45,000 qazanıb.

Qeyd edək ki, Vilson yarımfinalda çinli Xiao Quodonq üzərində qələbə qazanıb (6:2).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right