Badmintonçumuz İranda gümüş medal qazandı

Badmintonçumuz Keişa Fatimə Zəhra İran İslam Respublikasında keçirilən 33-cü “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

Newsport.az xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan badmintonçumuz finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.

Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.

21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right