Son illərin ən zəif “Mançester Siti”si

“Mançester Siti” İngiltərə Premyer Liqasında son illərin ən uğursuz nəticələrini göstərir. Newsport.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri XXIV turda səfərdə “Arsenal” önündə darmadağın olub - 1:5.

“Şəhərlilər” cari mövsüm ölkə çempionatında artıq 7 məğlubiyyət alıb. Komanda sonuncu dəfə 2019-20 mövsümündə ikinci yeri tutduğu zaman bu həddə çatmışdı. Ondan sonrakı mövsümlərdə “Mançester Siti”nin heç vaxt 6-dan çox məğlubiyyəti olmayıb.

Qeyd edək ki, “Mançester Siti” hazırda lider “Liverpul”dan 15 xal, ikinci pillədəki “Arsenal”dan isə 9 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right