Azərbaycanın daha bir cüdoçusu “Böyük Dəbilqə”də medal qazandı

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük Dəbilqə” turnirində fəxri kürsüyə yüksəlib.

Newsport.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.

O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib.

Bu gün Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right