Rusiyanın dünya çempionu olmuş bokçusu dörd illik cəzalanıb

Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Qriqori Drozdu dörd il müddətinə diskvalifikasiya edib.

Newsport.az-ın məlumatına görə, o, antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.

WBC-də yüngül çəkidə çempion olmuş idmançının diskvalifikasiyasının müddəti 2028-ci ilin sentyabrında başa çatacaq. Onun 2014-cü il sentyabrın 28-dən 2024-cü il sentyabrın 9-dək olan bütün nəticələri ləğv edilib.

Qeyd edək ki, 45 yaşlı keçmiş boksçu 2014-2016-cı illərdə WBC-də çempionluq kəmərinin sahibi olub. İdmançı peşəkar rinqdə 40 qələbə qazanıb və 1 məğlubiyyətlə üzləşib. Qriqori Drozd 2017-ci ildə karyerasını bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right