“Şəki” “Ordu”ya qalib gəldi

Azərbaycan Basketbol Liqasında 12-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu oyunda “Şəki” “Ordu”nu qəbul edib. Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 87:74.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Şəki” B qrupunda liderdir. İyirmi xala malik olan qonaqlar üçüncü pillədə qərarlaşıb.

Turun əvvəlki matçlarında “Abşeron” “Sərhədçi”ni (86:79), “Sabah” “Neftçi”ni (75:65), “Sumqayıt” “Lənkəran”ı (93:90), “Gəncə” “Quba”nı (96:78), NTD isə “Naxçıvan”ı (90:70) məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right