Millimizin rəqibində yeni baş məşqçi

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığmasının yeni baş məşqçisi bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı İslandiya Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Komandanı Arnar Qunnlauqsson çalışdıracaq. O, bu vəzifədə Oqe Hareydanı əvəzləyib.

Qunnlauqsson buna qədər yalnız “Vikinqur”da baş məşqçi kimi çalışıb. 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə sentyabrın 5-də səfərdə, noyabrın 13-də isə Bakıda qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right