Azərbaycanlı fiqurlu konkisürən dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb.

Newsport.az xəbər verir ki, o, yanvarın 7-dən 12-dək Bolqarıstanda keçirilən “Sofia Trophy” yarışında uğurla çıxış edib.

Təmsilçimiz qısa və sərbəst proqram üzrə 23 idmançı arasında 172.80 xalla beşinci yerə çıxıb.

Bununla da, Nərgiz Süleymanova dünya çempionatında iştirak etmək hüququ qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right