Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə yarışlarda bürünc medal qazanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 7,44 nəticə ilə üçüncü yeri tutub. Bu, idmançının 2025-ci ildə ilk medalı olub.