ABŞ ardıcıl ikinci dəfə dünya çempionu oldu

Hokkey üzrə gənclər arasında dünya çempionatında final görüşü baş tutub. Kanadanın paytaxtı Ottavada, “Canadian Tir Center”də baş tutan görüş ABŞ millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Finlandiya ilə görüşün taleyi əlavə vaxtda həll edilib.

Dünya Çempionatındakı bu qələbə ABŞ yığması üçün ardıcıl ikinci, tarixdə isə yeddinci olub. Titulların sayına görə amerikalılar yalnız Kanada (20) və Rusiya/SSRİ-dən (13) geri qalırlar.

Ötən mövsüm amerikalı hokkeyçilər həlledici görüşdə İsveçi 6:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib olmuşdular.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right