Azərbaycanlı hakimə 2025-ci ildə ilk təyinat

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.

Newsport.az-ın məlumatına görə, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.

Qarşılaşma yanvarın 22-də İstanbulda keçiriləcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right