Fransanın Monpelyedə şəhərində keçirilən cüdo üzrə Çempionlar Liqası başa çatıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokauri (+100 kq) qarışıq komanda yarışında gücünü sınayıb.
Üçqat olimpiya iştirakçısı bürünc medal qazanaraq Gürcüstanın “Zolotoy Qori” klubunun heyətində fəxri kürsüyə qalxıb.
Beşqat Olimpiya çempionu Teddi Rinerin rəhbərlik etdiyi PSJ yarışın çempionu olub.