Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla start veriləcək

Azərbaycan Basketbol Liqasında VIII tura bu gün bir oyunla start veriləcək.

Newsport.az-ın məlumatına görə, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gələcək.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Hazırda “Neftçi” qrupda 5-ci, NTD isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 8 xalı var.

Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right