"Neftçi"nin sabiq baş məşqçisinə təklif

"Neftçi"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk yeni iş təklifi alıb. Newsport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

Qriqorçuk məşqçilik fəaliyyətini yenidən ölkəsində davam etdirə bilər. Onun Premyer Liqa təmsilçisi LNZ (Çerkassı) klubu ilə danışıq apardığı bildirilib. LNZ-in hazırda boş qalan baş məşqçi postuna ən real namizədin Qriqorçuk olduğu vurğulanıb.

Qeyd edək ki, ukraynalı mütəxəssisin son iş yeri "Neftçi" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right