Azərbaycan Basketbol Liqası: VI turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasının VI turunun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, A qrupunda qərarlaşan "Abşeron" NTD ilə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 89:75.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Abşeron" üçüncü pilləyə yüksəlib. NTD 7 xalla 5-ci sıradadır.

Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right