Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün III turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

“Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşü saat 15:00-da start götürəcək.

İki saat sonra "Murov Az Terminal” “Gəncə” ilə, UNEC "Azərreyl"lə üz-üzə gələcək.

Qeyd edək ki, iki turdan sonra "Abşeron" 6 xalla liderdir. İkinci sıradakı "Azərreyl"in 5, üçüncü mövqedəki "Murov Az Terminal"ın 4 xalı var. "Milli Aviasiya Akademiyası" 2 xalla dördüncü, "Gəncə" 1 xalla beşincidir. Xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right