II tura iki oyunla start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün II tura start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Azərreyl” “Murov Az Terminal”la üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq. Saat 17:00-da isə “Abşeron” – UNEC matçına start veriləcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, “Gəncə” – “Milli Aviasiya Akademiyası” matçı dekabrın 7-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right