Kərəmovun növbəti rəqibi bilindi

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” Döyüş Federasiyasındakı növbəti rəqibi dəqiqləşib. Newsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi “X” hesabında məlumat yayılıb.

Kərəmov dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə döyüşəcək. 71 kq çəki dərəcəsində baş tutacaq döyüş Yaponiyadakı “Saitama Super Arena”da təşkil olunacaq.

Qeyd edək ki, Vüqar “Rizin”dəki son görüşündə Yaponiya idmançısı Kazumasa Majimaya qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right